22.11.2021
22 Noyabr 2021-ci il tarixində Gəncə şəhər Uşaq Incəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 99 illik yubileyi qeyd olundu.Tədbirdə fortepiano şöbəsinin müdiri Zülfüqarova Elnarə Fikrət Əmirovun həyat və yaradıcılığından məlumat verdi. Fortepiano şöbəsinin şagirdləri Hacıyeva Ləman 7-ci sinif, Cəfərova Ülviyyə 6-ci sinif, Məmmədzadə Cahid 2-ci sinif, Qurbanlı Banu 2-ci sinif, Avazova Svetlana 7-ci sinif, Əhmədova Nəzrin 5-ci sinif, Əlizadə Günel və Nigar 2-ci sinif, Verdiyeva Nərgiz 3-cü sinif, Ocaqquliyeva Nilufər 2-ci sinif, Şərifova Zəhra 7-ci sinif, Cümşüdova Səyalı 3-cü sinif, Qasimzadə Fatimə 7-ci sinif, Verdiyeva Fidan 6-ci sinif, Abbasova Leyla 2-ci sinif, Musazadə Zəhra 4-cu sinif Fikrət Əmirovun və digər Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət geniş konsert proqramı ilə çıxış etdilər. Konsert tamaşaçılar tərəfindən çox maraqla qarşılandı.
Sonda Uşaq Incəsənət məktəbin direktoru Ramail Atayev çıxış etdi. Öz çıxışında konsertdə iştirak edən şagirdlərə və onların müəllimlərinə Zülfüqarova Elnarə, Məmmədova Naibə, Cəfərova Sevinc, Şərifova Vüsalə və Mərdanova Natellaya öz təşəkkurürünü bildirdi və bütün kollektivə uğurlar arzuladı.